image-xorvatiyabackend

Xorvatiya adasında yaralı halda tapılan qadın nə adını, nə də ora necə getdiyini bilmir

image-reklam_sirab_01

Xorvatiya adasının ucqar bir hissəsində kim olduğunu və ora necə getdiyini xatırlamayan bir qadın tapılıb.

Veteninfo.az xəbər verir ki.yerli polisin  CNN -ə göndərdiyi açıqlamaya görə, təxminən 60 yaşında olduğu düşünülən qadına 12 sentyabrda Xorvatiyanın şimalındakı Krk adasında tapıldıqdan sonra tibbi yardım göstərilib.

Qadının bir fotoşəkilini yayan polislər, orta bədən quruluşlu və təxminən 165 santimetr uzunluğunda, sarı saçlı çəhrayı saçlı və mavi gözlü olduğunu söyləyirlər.

“İngilis dilində danışır, amma kimliyini xatırlamır”, – polis bildirib. Hazırda xəstəxanadadır və vəziyyətinin stabil olduğu bildirilir.

Polisin müraciətinə bir neçə nəfər cavab verib, lakin qadının kimliyi sirr olaraq qalır.

Yerli  internet saytlarından “24 Sata” xəbər verir ki, qadını qayıqda olan bir kişi həyəcan siqnalı qaldıraraq sahildə görüb.

Rəsmilər çıxışda bildiriblər ki, Xorvatiyanın dağ xilasetmə xidmətinin 14 üzvü maşın sürdükdən və sonra bir mil getdikdən sonra ona yaxınlaşa biliblər.

“24 Sata” Xorvatiyanın dağ xilasetmə xidmətinə istinadən bildirir ki, sahildə, kiçik xəsarətləri olan bir qadın tapılıb, onun da bir neçə cızığı var və həddindən artıq susuzlaşmış və arıqlamış haldadır.Qadın halsızlığından bir neçə qurtum suyu belə içə bilməyib.

Dağ xilasetmə xidməti Gəzə bilmədiyi üçün onu xərəyə qoyaraq xəstəxanaya çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki