image-360050_res_00backend

Yerevanda Rusiya generalının qızının meyiti tapıldı

image-reklam_sirab_01

Bu gün saat 17:40-da Ermənistanın paytaxtı Yerevanın Kanaker-Zeytun rayonunun polis bölməsinə David Anaxt küçəsindəki evlərdən birinin eyvanında qadın meyitinin aşkarlanması barədə məlumat daxil olub.

Veteninfo.az bildirir ki, bu barədə “Novosti Armeniya” məlumat yayıb.

Bildirilir ki, hadisə yerinə şöbə rəisinin rəhbərliyi ilə Kanaker-Zeytun polis bölməsinin operativ qrupu, həmçinin Ermənistanın İstintaq Komitəsinin Yerevan İstintaq İdarəsinin Kanaker-Zeytun rayonunun İstintaq Bölməsinin təhqiqatçılar qrupu cəlb edilib.

Polislər mənzilin eyvanında 40 yaşlı qadının meyitini aşkarlayıblar. Onun adı və soyadı açıqlanmır. Meyitin yanında tapança da aşkar edilib.

Jurnalist Qaqik Şamşyan bildirib ki, meyiti aşkarlanan qadının atası Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantıdır.

Qeyd edilir ki, tapança onun atasına məxsus olub və hədiyyə imiş. Qadının ölümünün intihar və ya bədbəxt hadisə olması ekspertizadan sonra müəyyənləşdiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki