image-zzbackend

Zelenskinin köməkçisinə sui-qəsd oldu

image-reklam_sirab_01

Naməlum şəxslər Ukrayna prezidentinin müşavirinə və yaxın adamı olan Sergey Şefirə sui-qəsd ediblər. Bu barədə “Strana.ua” xəbər verir.

Qeyd olunur ki, hücum Kiyev yaxınlığındakı Lesniki kəndində baş verib. “Məmuru hərbi silahdan güllələməyə cəhd ediblər. Şefir xəsarət almayıb, lakin sürücüsü üç güllə yarası ilə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib” – mənbə bildirib.

Polis artıq atəş açan şəxsin tutulması üçün xüsusi əməliyyatın başlanıldığını elan edib. Prezident Vladimir Zelenski və ətrafı hələlik baş verənlərə reaksiya verməyib. Cinayəti törədən şəxsin motivləri də bəlli deyil.

image-z

Sergey Şefir 2019-cu ildə Ukrayna liderinin birinci köməkçisi təyin edilib. Bundan əvvəl Şefir Zelenskinin qurduğu “95 Kvartal” studiyasının bədii rəhbəri olub. Daha əvvəl bildirilirdi ki, Ukrayna Təhlükəsizlik Xidməti ölkə başçısı Zenenskinin həyatına qəsd olunma ehtimalına görə yoxlamalara başlayıb. Xüsusi xidmət orqanlarının qaynar xəttinə dövlət başçısını birbaşa təhdid edən zəng daxil olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki