image-1backend

“Qarabağ”ın Cəbəllütariq klubu ilə matçının hakimləri dəyişdirilib

image-reklam_sirab_01

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda baş tutacaq “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının hakimləri dəyişdirilib.

Vətəninfo.az  xəbər verir ki, görüşü Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək.

Baş hakim Yakob Sundberqə Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae onun köməkçisi olacaq.

Qeyd edək ki, bundan əvvəl oyuna ukraynalı hakimlər təyinat almışdı. Cavab qarşılaşması iyulun 30-da Tofiq Bərhamov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image