Azərbaycan bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Alma Cup” beynəlxalq turnirində üç qızıl medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, yığma üzvləri iki nominasiyada isə qalib olublar.
Gənclər arasında Fidan Qurbanlı çoxnövçülükdə (gürzlər və lent) qızıl mükafat əldə edib. O, “Miss Grace” nominasiyası üzrə də birinci yerə layiq görülüb.
Yeniyetmələrdən isə Nur Sadıqova (halqa və top) və Alina Kolesnikova (gürzlər və lent) çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sadıqova “Miss Grace” nominasiyasında da fərqlənənlər arasında yer alıb.