image-1backend

2023-cü ildə ən çox qazanan idmançılar: İlk sırada o qərarlaşıb

image-reklam_sirab_01

“Sportico” idman portalı 2023-cü ilin ən çox maaş alan idmançılarının reytinqini tərtib edib.

Siyahıya 275 milyon dollar gəlirlə “Əl Nəsr”in portuqaliyalı futbolçusu Kriştiano Ronaldo başçılıq edir. İlk üçlüyə qolfçu Con Rahm (203 milyon) və dünya çempionu, “İnter Mayami”nin üzvü Lionel Messi (130 milyon) daxil olub.

Futbolçular arasında ilk onluqda PSJ-nin hücumçusu Kilian Mbappe (125 milyon) və braziliyalı Neymar (121 milyon) da yer alıb.

NBA-da ötən il ən çox qazanan basketbolçu “Leykers”in hücumçusu LeBron Ceyms olub – 125,7 milyon dollar.

İlk onluğu tamamlayan NFL ulduzu Patrik Mahomis olub. O, 2023-cü ildə 84,3 milyon dollar qazanıb.

Qeyd edək ki, reytinq yüz idmançıdan ibarətdir. Siyahıda basketbolçular üstünlük təşkil edir – 40 nəfər. Futbolçuların sayı 16, beysbolçuların isə 13 nəfərdir.

2023-cü ilin ən çox qazanan 10 idmançısı:

1. Kriştiano Ronaldo (futbol) – 275 milyon

2. Con Rahm (qolf) – 203 milyon

3. Lionel Messi (futbol) – 130 milyon

4. LeBron Ceyms (basketbol) – 125,7 milyon

5. Kilian Mbappe (futbol) – 125 milyon

6 Neymar (futbol) – 121 milyon

7. Stefen Kurri (basketbol) – 98,9 milyon

8. Yannis Antetokounmpo (basketbol) – 88,4 milyon

9. Kevin Durant (basketbol) – 86,9 milyon

10. Patrik Mahomis (Amerika futbolu) – 84,3 milyon

publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image