image-1backend

Abdulla Zubir: Növbəti il Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik

image-reklam_sirab_01

İlk hissədə rəqib müdafiədə bizə təzyiq göstərdi. İkinci hissədə fərqli oyun nümayiş etdirdik.

Vətəninfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdulla Zubir UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında səfərdə Almaniya “Bayer”inə 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.

O, bu matçda etdikləri səhvlərdən nəticə çıxaracaqlarını bildirib: “Bayer” çox güclü komandadır. Təəssüf ki, alınmadı. Hazırda “Qarabağ”la müqaviləm var. Hədəfimiz ölkə çempionu olmaq və növbəti il Çempionlar Liqasının qrup mərhələsində oynamaqdır”.

Qeyd edək ki, “Qarabağ” ümumi hesabda “Bayer”ə 5:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki