Məşhur türkiyəli iş adamı, jurnalist Acun İlıcalı Yunanıstanın “Atromitos” klubunun səhmlərini satın almağa hazırlaşır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı xəbər verir.
“Artıq tanınmış iş adamının apardığı danışıqlar yekun mərhələyə çatıb” – mənbə yazır.
Məlumat üçün qeyd edək ki, “Atromitos” Yunanıstan çempionatında doqquz turdan sonra altı xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Acun İlıcalı həmçinin İngiltərənin “Hall Siti” və İrlandiyanın “Şelburn” klublarının sahibidir. (Oxu.az)