image-1backend

AFFA 4 klubu cəzalandırıb

image-reklam_sirab_01

AFFA Misli Premyer Liqasının XXIV turunun oyunlarında yaşananlarla bağlı 4 klubu cəzalandırıb.

Vətəninfo.az  xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Neftçi” – “Sumqayıt” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.

AFFA “Araz-Naxçıvan”ı da eyni məbləğdə cərimələyib. Buna səbəb fevralın 22-də baş tutan “Səbail”lə matçda 5 futbolçunun sarı vərəqə ilə cəzalandırılması olub.

“Şamaxı” – “Turan Tovuz” matçında Şamaxı klubu 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimələnib.

“Qarabağ” isə “Sabah”la matçda Əsasnamənin tələbləri pozulduğuna görə 500 manat cərimələnib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image