image-1backend

Ancelotti: “Arda Güler oyunun taleyini dəyişdi”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, “Real Madrid”in italiyalı baş məşqçisi Karlo Ançelotti İspaniya Superkubokunun yarımfinalında “Atletiko Madrid” üzərində qazandıqları qələbəni şərh edib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan qarşıdurmada kral komandası əlavə vaxtda qalib gəlib: 5:3 . Əsas vaxt 3:3 hesabı ilə bərabər olub.

“Rəqib çox yaxşı oynadı, biz də əla çıxış etdik. Bu, hər iki tərəfdən açıq görüş idi. Rəqibə çox təzyiq göstərməyə çalışdıq.

Möhtəşəm matç oldu və ikinci hissədə daha çox enerjimiz olduğuna görə qalib gəldik. Futbolçularım istəkli idilər. Əvəzetmədən meydana daxil olan gənclər oyunu ciddi təsir etdilər. Gənc futbolçumuz Arda Güler ümidlərimiz dosrultdu və oyunun taleyini dəyişdi.”, – Ançelotti “Marca”ya istinadən xəbər verir.

Finalda “Real”ın rəqibi “Barselona” və “Osasuna” qarşıdurmasının qalibi olacaq. Həmin görüş yanvarın 11-də baş tutacaq .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki