image-1backend

Ancelotti: Pis oyun oldu, pis oynadıq, günah məndədir

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, “Real Madrid”in italiyalı baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində Almaniyanın “RB Leypsiq”i ilə 1:1 hesablı heç-heçəni şərh edib. “Real” ilk görüşdəki 1:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.

“Pis oyun oldu, zəif oynadıq. Hərəkətlərimizdə intensivlik yox idi, əsəbi idik. Bütün bunlar psixoloji gərginlikdən idi. Rəqibin itirəcəyi heç nə yox idi. Əvvəldən problemlər yaşadıq və əziyyət çəkdik. Amma əsas 1/4 finala vəsiqə idi və məqsədə çatdıq. Ən yaxşı axşam deyildi. Günah məndədir. Ancaq mübarizəni davam etdirməyimiz vacibdir. Vəziyyəti sakit dəyərləndirib, oyunumuzu gücləndirməliyik. La Liqada 7 xalla liderik və Çempionlar Liqasının 1/4 final mərhələsindəyik. Hər şey yaxşıdır”, – Ançelotti deyib.

Fransa çempionu PSJ, Almaniya çempionu “Bavariya” və İngiltərə çempionu “Mançester Siti” də Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

Gələn həftə Londonun “Arsenal”ı və Portuqaliyanın “Portu”, İspaniya çempionu “Barselona” və İtaliya çempionu “Napoli”, “Atletiko Madrid” və “İnter Milan”, Dortmund “Borussiya”sı və Hollandiyanın “PSV Eyndhoven” klubları vəsiqə uğrunda mübarizə aparacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image