Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın Le Mans şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışda kubokun sahibi olub.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Belçika, Fransa, İsveçrə və İrlandiya daxil olmaqla, ümumilikdə 21 ölkənin iştirak etdiyi turnirin final mərhələsinə yüksələn idmançı rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq buna nail olub.
Qeyd edək ki, ilin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirakı planlaşdırılan Aqata Zəhrabəyova təlimlərini Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində davam etdirir.