image-ardabackend

Arda Gülər ​​Real Madrid azarkeşlərini ovsunladı!

image-reklam_sirab_01

Mövsümün əvvəlində “Real Madrid”ə transfer olunan qardaş Türkiyənin milli futbolçusu Arda Gülər ​​İspaniya «Real Madrid» komandası forması ilə  ilk  oyuna  çıxıb. 59 dəqiqə meydanda olan 18 yaşlı futbolçu  «Real Madrid»in 3:1 hesablı qələbə qazandığı oyunda göstərdiyi performansı ilə rəğbət qazanıb. Arda Gülərin çıxışı ispan azarkeşlər tərəfindən böyük  coşqu ilə yadda qalıb və komandanın azarkeşləri Ardanın oyunundan məmmun qalıblar.

Vətəninfo.az xəbər verir ki, mövsümün əvvəlində 20+10 milyon avro qarşılığında “Fənərbaxça”dan İspaniyanın “Real Madrid” komandasına transfer olunan 18 yaşlı futbolçu Arda Gülər,  zədələri və fiziki hazırlığı səbəbindən bu günə kimi 6 aya yaxın bir müddət də forma şansı qazana bilməmişdi.
Zədəsini sağaldan və bir müddət komanda ilə məşqlərə davam edən Arda Gülər ​​İspaniya Kral Kubokunun son 32 turunda 2-ci Liqa komandası Arandina ilə səfərdə ilk 11-də  «Real Madrid» formasın ilk dəfə geyindi. . 59 dəqiqə oyunda qalan Arda effektiv oyunu ilə qələbədə böyük rol oynadı.
Qeyd edək ki, İspaniya Kral Kubokunun son 32-ci turunun matçında “Real Madrid” “Arandina”nı 3:1 hesabı ilə məğlub edib.  Arda Gülər ​​«Real Madrid» azarkeşlərini heyran edib. Milli futbolçu 59 dəqiqə ərzində topa 56 dəfə toxunub.
Qarşılaşmada oyunu tərk edənə qədər meydanın ən yaxşı oyunçularından biri olan Arda 90 faiz ötürmə dəqiqliyi ilə oynayıb. Ümumilikdə 39 ötürməyə cəhdi edən Arda Gülər ​​bunun 35-dən müsbət istifadə edib. 2 əsas ötürmə edən 18 yaşlı futbolçu 4 zərbə vurub, bir zərbə isə dirəyə dəyib.
Cərimə zərbəsi qapı dirəyindən qaytaran gənc ulduz uğurlu çıxışı ilə böyük rəğbət qazanıb. Arda Gülər ​​qısa zamanda bütün dünyada sosial mediada ən çox danışılanlardan biri olub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki