İngiltərə çempionu “Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 3-cü turunda “Çelsi” üzərində 2:1 hesablı qələbəni şərh edib.
İspaniyalı mütəxəssis komandasının erkən buraxılan qola baxmayaraq, oyuna yaxşı reaksiya verdiyini bildirib.
“İlk dəqiqələr bizim üçün heç də yaxşı keçmədi. İkinci dəqiqədə qol buraxdıq, amma komandamız buna mükəmməl reaksiya verdi. Mübarizə aparmağımızı və risk etməyimizi bəyəndim. İnanılmaz bir oyun idi”, – deyə Arteta bildirib.
BBC-nin məlumatına görə, baş məşqçi komandasının hələ də inkişaf etməli olduğunu vurğulayıb:
“Biz səviyyəmizi yüksəltməyə və oyunumuzu təkmilləşdirməyə davam etməliyik. Çünki hələ də inkişaf üçün imkanlarımız var. Bu nəticədən zövq almalıyıq. Çünki bu qələbə bizim üçün çox vacibdir”.
Qeyd edək ki, “Arsenal” 3 turdan sonra 9 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Eyni xala malik “Mançester Siti” isə top fərqinə görə liderdir.


























