“Opta” statistika agentliyi futbol üzrə Avropa Çempionatında iştirak edəcək komandaların uğur qazanma şanslarını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, turnirin əsas favoriti İngiltərə millisi hesab edilir. İngilislərin qələbəsi 19,9% ehtimalla qiymətləndirilir.
Favoritlər üçlüyünə həmçinin Fransa (19,1%) və Almaniya (12,4%) milliləri də daxildir.
“Opta”nın məlumatına görə, Gürcüstan millisinin Avro-2024-ün qalibi olmaq şansı ən az ehtimal olunandır – 0,1%.