image-ronaldo1-696x434backend

Avropa klubları Ronaldonun transferindən niyə imtina edir?

image-reklam_sirab_01

UEFA Çempionlar Liqasında çıxış edən bir sıra Avropa klublarının Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun trasferindən imtina etməsinin səbəbləri bəlli olub.

37 yaşlı hücumçunun noyabrın sonunda “Mançester Yunayted”i qalmaqallı şəkildə tərk etməsi əsas səbəb kimi göstərilib.

Təcrübəli oyunçunun Qətərdəki dünya çempionatı zamanı yığmada əsas heyətdəki yerini itirməsi də burada rol oynayıb.

Klublar forvardın yaşını və maaş tələblərini nəzərə aldıqdan sonra keçidin ağlabatan olmadığını düşünüblər.

Qeyd edək ki, Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki