Azərbaycan boksçusu Əli Əliyev (46 kq) Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında Ermənistan idmançısına qalib gələrək qızıl medal qazanıb.
Vətəninfo.az xəbər verir ki, o, həlledici görüşdə inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Azərbaycan boksçularının Manamada ilk qızıl medalı olub.
Qeyd edək ki, hesabında 2 bürünc medal olan oğlanlardan ibarət komandanın heyətində daha 8 boksçu finalda döyüşəcək.