Azərbaycan cüdoçuları Sloveniyanın Sloven-Qradets şəhərində 15 və 18 yaşadək yeniyetmələr arasında keçirilən Açıq Koroska turnirində 8 medal qazanıb.
Federasiyadan verilən məlumata görə, sayca 46-cı dəfə təşkil olunan yarışda 40 kqda Məryəm Bayramzadə (qızıl medal), 48 kq-da Nuranə Hacızadə (gümüş medal), 52 kq-da Vüsalə Hacıyeva, Aytən Verdiyeva (hər ikisi qızıl və gümüş medal) və 57 kq-da Fidan Qasımova (qızıl medal) fəxri kürsüyə qalxıblar.
Yarışın ümumi nəticəsinə görə, Azərbaycan təmsilçiləri 4 qızıl, 3 gümüş və 1 bürünc medalla qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıb.
İdmançılar Sloveniyada bu gün start götürən və 3 gün davam edəcək təlim-məşq prosesinə qatılıblar.