image-1backend

Azərbaycan millisinin kapitanı: Daşkənddəki turnirdə nəticə bizi qane etmədi

image-reklam_sirab_01

Nəticə bizi qane etmədi. Ancaq nəzərə alsaq ki, mövsümün sonudur və əsas heyət üzvləri zədəli idi, çox da pis yekun deyil.

Bunu Vətəninfo.az-a açıqlamasında Azərbaycanın qadınlardan ibarət həndbol millisinin kapitanı Rəna Həsənova Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatı haqqında danışarkən deyib.

Həndbolçu turnirdə maraqlı rəqiblərlə qarşılaşdıqlarını söyləyib: “Özbəkistandakı oyunların biri rəsmi deyil, yoldaşlıq xarakteri daşıyırdı. Cavan oyunçuları yoxladıq. Turnirdə 3-cü yer tutduq. Yarış çox yaxşı təşkil olunmuşdu. Maraqlı rəqiblərlə oynadıq. İslam Həmrəyliyi Oyunlarında bizə rəqib ola biləcək komandalar idi. Ən əsası da gənclərimiz üçün yaxşı təcrübə oldu. Məqsədimiz əsasən cavanları yoxlamaq idi. Çempionatımız təzə bitib. Hazırda Azərbaycan Kuboku uğrunda yarışa hazırlaşırıq”.

R.Həsənova gənc həndbolçulardan Kamilə Bayramovanı fərqləndirib: “Demək olar, bütün gənclərimiz yaxşı oynayırlar. Xüsusən Kamilə Bayramovanı qeyd etmək istərdim. O, çox perspektivli oyunçudur və gənc yaşında millidə yaxşı oyun sərgiləyir. Fikrimcə, hazırda gənclər arasında məhz Kamilə Bayramova daha çox fərqlənir. Bu cür turnirlərin tez-tez keçirilməsi gənclərimizin daha yaxşı inkişafına təkan verir, özlərinə inamı artırır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki