Azərbaycan millisinin sabiq üzvü Sərhat Taşdəmir Türkiyənin III Liqasında oynayacaq.
Vətəninfo.az xəbər verir ki, 24 yaşlı futbolçu “Kırklarelispor” klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, karyerasına İngiltərədə başlayan yarımmüdafiəçinin sonuncu iş yeri Türkiyənin “Kocaelispor” klubu olub. O, 2019-cu ildə Azərbaycanın U-19 millisində forma geyinib.