Mayın 20-21-də AFFA tərəfindən Azərbaycan milli komandaları, Premyer Liqa və I Liqa klublarının həkimləri üçün UEFA-nın Football Education Proqramına əsasən “Futbolda zədələr” adlı seminar təşkil olunub.
Vətəninfo.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirə Azərbaycan milli komandasının baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib.
Həmçinin milli komandanın həkimləri Olcay Bayramov və Fuad Səfərov da çıxış ediblər.
Məqsəd komandalarda çalışan tibbi heyətin biliyini daha da təkmilləşdirmək, futbolda tez-tez baş verən zədələr və bunun UEFA standartlarına uyğun həlli yolları ilə həkimləri tanış etmək olub.