image-1backend

Azərbaycan paralimpiyaçıları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

image-reklam_sirab_01

“Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.

Vətəninfo.az xəbər verir ki, onların arasında Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti Hidayət Abdullayev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin sədri Elnur Məmmədov, digər rəsmilər, eləcə də Oyunların qızıl, gümüş və bürünc mükafatçıları olublar.

Əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül və əklil qoyulub.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanı ziyarət edib. Onlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image