image-1backend

Azərbaycanda oyun alqı-satqısı ilə bağlı YENİ XƏBƏR

image-reklam_sirab_01

Azərbaycanda oyun alqı-satqısı ilə bağlı araşdırmalar davam edir.

Bu barədə AFFA-dan redaksiyamıza bildirilib.

Məlumat verilib ki, federasiya UEFA və hüquq-mühafizə orqanları ilə birgə bu istiqamətdə fəaliyyətinii son vaxtlar daha da gücləndirib.

Aparılan təhqiqatlar deməyə əsas verir ki, qarşıdakı müddətdə daha bir neçə faktın üstü açılacaq.

Belə ki, AFFA-nın UEFA-nın nəzdində olan polis qurumu və yerli dövlət orqanları arasında informasiya mübadiləsi bir sıra maraqlı məqamlara işıq tutub.

Federasiya bu kimi neqativ halların ən çox I Liqa və II Liqanı əhatə etməsinə əmindir. Odur ki, mövsümün sonunadək növbəti cəza tədbirinin qüvvəyə minməsi istisna edilmir.

AFFA İntizam Komitəsi martın 18-də 4 nəfəri danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırıb. Onlardan ikisi I Liqa təmsilçisi “İrəvan”ın oyunçuları Ege Atlam və Fəhmin Muradbəylidir.
Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla, 2 illik futboldan uzaqlaşdırılıb.

Bunlar “İrəvan”dan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır. Onların hər birinə 1 illik sınaq müddəti verilib.

II Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1200 manat cərimələnib, 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki