image-3backend

Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyada üç medal qazanıblar

image-reklam_sirab_01

Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Tümen şəhərində keçirilən beynəlxalq turnirdə üç medal qazanıblar.

Bu barədə Vətəninfo.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Eldəniz Əzizli (60 kq) və Ülvi Qənizadə (72 kq) finala vəsiqə qazanıblar. Onlar həlledici görüşə çıxmadıqları üçün gümüş mükafatla kifayətləniblər. Qurban Qurbanov (82 kq) isə bürünc medala sahib çıxıb.

Dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil olunan turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib. Mükafatlar uğrunda Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları mübarizə aparıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image