image-photo_191843backend

Azərbaycanlı futbolçu baş məşqçini “təkbətək” söhbətə çağırdı…

image-reklam_sirab_01

Türkiyənin Belek şəhərində təlim-məşq toplanışında olan “Ximki”nin yarımmüdafiəçisi Ayaz Quliyevlə baş məşqçi Spartak Qoqniev arasında münaqişə yaranıb.

Vətəninfo.az xəbər verir ki, 26 yaşlı rusiyalı futbolçu 41 yaşlı mütəxəssisin çoxsaylı iradlarından narazılığını bildirib və Qoqniyevə “çölə çıxmağı” təklif edib. Quliyevlə “Ximki”nin çalışdırıcısı sakitləşsə də, bu, komandadakı gərginliyi aradan qaldıra bilməyib.

Bu mövsüm yarımmüdafiəçi Moskva vilayətinin heyətində 12 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Quliyevin “Ximki” ilə müqaviləsi 2024-cü ilin iyunun sonuna kimi qüvvədədir.

2019-cu ilin yazında Quliyev yolu keçən piyada Maykl Koe ilə dava edib. Hadisədən sonra həkimlər amerikalıya burnunun sınığı diaqnozu qoyublar. Nəticədə tərəflər münaqişəni həll edib və zərərçəkmiş tərəf yarımmüdafiəçiyə qarşı heç bir iddiasının olmadığını bildirib.redaktor.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki