image-1backend

Bakıda builki Formula 1 yarışları nə vaxt keçiriləcək? – TARİX

image-reklam_sirab_01

Son illər aprel ayında Bakı şəhərində Formula 1 yarışlarının keçiriləməsinə adət etmişdik. Amma 2024-cü ilin apreli Azərbaycan paytaxtı üçün sakit keçir. Bəs buliki Formula 1 yarışları Bakıda nə vaxt təşkil olunacaq?

Vətəninfo.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Avtoidman üzrə Ümumdünya Şurası bir müddət öncə 2024-cü il Formula 1 Dünya Çempionatının təqvimini müəyənləşdirib.

Təqvimə əsasən, yeni Formula 1 mövsümü martın 2-də Bəhreyndə başlayıb ənənəyə sadiq qalaraq dekabrın 8-də Əbu-Dabidə başa çatacaq.

Bakı şəhəri Formula 1 Azərbaycan Qran Prisinə 2024-cü ilin 13-15 sentyabr tarixlərində ev sahibliyi edəcək. Sayca səkkizinci dəfə təşkil ediləcək Bakı yarışı təqvimdə yer alan 24 yarışdan biridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki