image-1backend

“Barselona” və “Arsenal” Çempionlar Liqasının 1/4 finalındadır

image-reklam_sirab_01

“Barselona” və “Arsenal” Çempionlar Liqasının 1/4 final mərhələsinə müntəzəm vəsiqə qazanıb.

Vətəninfo.az-ın  məlumatına görə , Çempionlar Liqasının 1/8 final mərhələsində “Napoli” ilə qarşılaşan “Barselona” 3:1 hesabı ilə qalib gəlib. Kataloniya klubunda Fermin Lopez Martin, Joao Kanselo və Robert Levandovski fərqlənib. “Napoli”dən qolu Əmir Rəhman vurub. “Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni davam etdirir.

Günün digər oyununda Londonda “Porto”nu qəbul edən “Arsenal” minimal hesabla qalib gəlib. Topçuların yeganə qolu Leandro Trossard vurub. “Arsenal” son 14 ildə ilk dəfə Çempionlar Liqasının 1/4 finalına yüksəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki