image-1backend

Beynəlxalq Olimpiya Komitəsinin əməkdaşı Bakıya gələcək

image-reklam_sirab_01

Oktyabrın 23-dən 25-dək Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz idman bölməsinin məsləhətçisi Tiene Vertommen Azərbaycana səfər edəcək.

Vətəninfo.az xəbər verir ki, o, Bakıda Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri, federasiya nümayəndələri və yerli məşqçilərlə görüşəcək.

Bu məqsədlə MOK-un inzibati binasında yerli federasiyaların məşqçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. BOK-un tələb və tövsiyələrinə uyğun olaraq “Təhlükəsiz idman” mövzusunda maarifləndirmə və təbliğat işləri ilə bağlı keçirilən tədbirdə MOK-un beynəlxalq proqramlar idarəsinin rəhbəri Mehman Kərimov, idman idarəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə BOK-un setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev iştirak ediblər.

Mehman Kərimov BOK-un Təhlükəsiz idman bölməsinnin məsləhətçisi Tiene Vertommenin ölkəmizə səfərinin yaddaqalan olacağını bildirib. O, qeyd edib ki, bu tədbir zamanı iştirakçılara paylanılan sorğu məlumatları belçikalı mütəxəssisə göndəriləcək. Bununla da Azərbaycan idmanı ilə bağlı xanım Vertommendə geniş təsəvvür yaranacaq.

MOK-un idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev BOK və Avropanın aparıcı universitetləri tərəfindən etimad qazanan T.Vetommenin ölkəmizə səfərinin yeni təcrübə olacağını söyləyib.

Çıxışlar başa çatdıqdan sonra Vetommennlə video-bağlantı yaradılıb. O, tədbir iştirakçılarına Təhlükəsiz idman mövzusunda bir sıra maraqlı məlumatlar verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image