image-1backend

Beynəlxalq Şahmat Federasiyası Faiq Həsənovu mükafatlandırıb

image-reklam_sirab_01

Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadası günlərində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) təşkil etdiyi qala gecəsində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, uzun illər mötəbər şahmat yarışlarında hakim kimi çalışan Faiq Həsənov xüsusi mükafata layiq görülüb.

Vətəninfo.az  Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinə istinadən xəbər verir ki, FIDE-nin rəsmi saytı F.Həsənovun uğurları barədə bunları qeyd edib: “Azərbaycan şahmatının patriarxı Faiq Həsənov dünyanın güclü şahmat ölkələrindən olan Azərbaycanda bu növün inkişafında böyük xidmətlər göstərib.

1980-ci ildə beynəlxalq dərəcəli hakim adını qazanıb. O olimpiada, Dünya Kuboku, Qran-Pri, yeniyetmələr arasında və komandaların dünya çempionatında baş hakim, Se Çzyun-Syuzan Polqar arasındakı matçda isə baş hakimin müavini kimi çalışıb. 1975-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti kimi ölkəsində şahmatın inkişafı naminə fəaliyyət göstərir.

O, həmçinin, 55 il Azərbaycan Televiziyasında yayımlanan “Şahmat klubu” həftəlik verilişinin aparıcısı kimi tanınıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image