image-1backend

“Borussiya Dortmund” Çempionlar Liqasının finalındadır

image-reklam_sirab_01

Futbol üzrə Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start verilib.

Vətəninfo.az-ın məlumatına görə , Fransa çempionu PSJ Parisdə Dortmund “Borussiya”sını qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda Almaniya yığması minimal hesabla qalib gəlib.

İlk oyunda olduğu kimi, bu görüşdə də “Borussiya” PSJ-ni cəmi bir top fərqi ilə üstələdi. “Arılar”ın heyətində Mats Hummels fərqlənib.

Dortmund “Borussiya”sı Çempionlar Liqasının finalına yüksəlib.

“Real” – “Bavariya” matçı mayın 8-də baş tutacaq. Bu klublar arasında keçirilən ilk oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb.

Çempionlar Liqasının 2023/24 mövsümünün finalı iyunun 1-də Londonda keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki