image-reklam-veteninfo
image-1backend

Bu futbolçu “Neftçi”dən 785 min manat maaş tələb edir

image-reklam-veteninfo

“Neftçi”nin Cənubi Kiprin “Apollon” klubundan ayrılan Pedro Markesi transfer etmək istəyir.

Portuqaliyalı hücumçu Bakı klubundan 400 min avro (təxminən 785 min manat) maaş tələb edir. Onun xidmətində “Neftçi” ilə yanaşı, Cənubi Kiprin AEL (Limassol) klubu a maraqlıdır.

“Afentiko” saytının məlumatına görə isə “Pafos”un da onu transfer etmək istədiyi iddia olunsa da, klub bununla bağlı xəbərləritəkzib edib. Eyni zamanda, futbolçunun Portuqaliya və Niderland klublarının diqqət mərkəzində olduğu bildirilir.

Qeyd edək ki, Pedro Markes əvvəllər Portuqaliyanın “Sportinq”, “Gil Visente”, “Famalikao”, Niderlandın “Dordrext”, “Den Boş” və NEC klublarında çıxış edib. O, Portuqaliyanın U-18, U-19 və U-20 yığmalarında çıxış edib. Hazırda “Transfermarkt” ona 800 min avro qiymət qoyub.Qaynarinfo




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki