UEFA Çempionlar Liqasının A qrupunun üçüncü həftə matçında 24 oktyabrda Türkiyənin “Qalatasaray” futbol komandası Almaniyanın “Bavariya” komandasını qəbul edəcək.
Vətəninfo.az xəbər verir ki, RAM Parkda keçiriləcək qarşılaşma Türkiyə vaxtı ilə 24 oktyabr saat 19.45-də başlayacaq.
Qarşılaşmanın hakimi italiyalı Davide Massadır.
Qrupdakı ilk oyununda Danimarka təmsilçisi “Kopenhagen”lə İstanbulda 2-2 bərabərə qalan “Qalatasaray” ikinci matçında qonaq olduğu İngiltərənin “Mançester Yunayted” (Manchester United) komandasını 3-2 hesabı ilə məğlub edib.
Sarı-qırmızılılar 4 xalla qrupda ikinci pillədədir.
“Bavariya” isə “Mançester Yunayted”i 4:3, ikinci görüşdə isə “Kopenhagen”i 2:1 hesabı ilə məğlub edib.
Almaniya yığması 6 xalla qrup lideridir.
Qeyd edək ki, “Bavariya” Avropa kuboklarında Türkiyə komandalarına qarşı heç bir oyunda məğlub olmayıb.