image-6552f824941c4backend

Çalhanoğlu tarixə düşdü

image-reklam_sirab_01

Türkiyə millisinin üzvü  Hakan Çalhanoğlu  İtaliya A seriyasında ən çox qol vuran türk futbolçu olub.

Vətəninfo.az xəbər verir ki, İtaliyanın “İnter” komandasında çıxış edən 29 yaşlı milli futbolçu A seriyasının 12-ci həftəsində komandasının “Frozinone”yə 2:0 hesabı ilə qalib gəldiyi matçda penaltidən fərqlənib.

Komandasının ikinci qolunu vuran Hakan bu qolla A seriyasında ümumi qol sayını 37-yə çatdırıb.

Təcrübəli futbolçu 1950-1953-cü illər arasında “Palermo” və “Latsio” forması ilə 36 qol vuran Şükrü Gülesini geridə qoyaraq, A seriyasında ən çox qol vuran türk futbolçu olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki