Doğulub ətrini ala bilmədiyimiz Cəbrayıl, nəhayət ki, qeyrətli vətən oğullarının, cənnət mələkləri şəhidlərimizin, dəyərli Vətən oğulları qazilərimizin şücaəti sayəsində düşmən tapdağından azad olunmuşdur.
Cəbrayıl rayonu dedikdə, ilk ağla gələn Xudafərin körpüsüdür. Xudafərin körpüsü nələrin şahidi olmamışdır? Orta əsrlər feodal müharibələrinin, Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşünün, Rusiya-İran müharibələrinin, sovet rejimi repressiyalarının, XX əsrin sonları-1993-cü il avqust ayının 23-də Cəbrayılın Ermənistan tərəfindən işğalının və nəhayət 2020-ci il oktyabr ayının 4-də Cəbrayılın işğaldan azad olunmasının… Onu qeyd edim ki, tarixi mövzularda bir sıra əsərlərin müəllifi olan yazıçı Fərman Kərimzadə də “Xudafərin körpüsü” adlı romanı yazmışdır.
Cəbrayıl rayonunda görülən və aparılan bərpa işləri arzularımızın bir daha gerçəyə döndüyünü göstərir. Ata-babalarımızdan eşitdiyimiz kimi indi də, düz 27 il sonra mədəniyyət ocağı kimi, kütləvi tədbir və bayramların əsas məkanı kimi yerli və xarici vətandaşların maraq dairəsində olacaqdır. Cəbrayıl rayonunun zaman-zaman yetişdirdiyi istər mədəniyyət, istər təhsil, istər səhiyyə, istərsə də digər sahələrdə tanınmış insanların davamı olaraq, işğalda oduğu dövr ərzində dünyaya gələn, bu günədək məcburi köçkün statusu daşıyan gənc və savadlı kadrları yarımçıq qalmış işləri daha mükəmməl şəkildə yerinə yetirəcəkləri heç kimdə şübhə doğurmur.
Bundan sonra nəinki Cəbrayıl haqqında, hətta işğaldan azad olunmuş bütün ərazilərimiz haqqında dərsliklərdə mövzular dərc olunacaq, romanlar, şeirlər hərs olunacaqdır.
Xan Çinarın kölgəsi əvvəl olduğu kimi indi də istər yerli sakinlərin, istərsə də qonaqların vəhdətinə, xoş dəqiqələrinə, sevincinə şahidlik edəcəkdir.
Zığ qəsəsə mədəniyyət evinin direktoru Həsənzadə Nurlan