image-reklam-veteninfo
image-bez-nazvaniyabackend

“Daşıdıqları ada layiq bir oyun! Qarabağ – Qələbə deməkdir” – Millət vəkili

image-reklam-veteninfo

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasında Almaniyanın “Ayntraxt” komandası üzərində qazandığı qələbə ölkə ictimaiyyətində böyük sevinc doğurub.

image-media-1678365182_cavansir-u3mew6p94x1z5jrkl70i

Bu əlamətdar qələbə ilə bağlı Milli Məclisin deputatı Cavanşir Feyziyev Korrekt.az-a açıqlama verib. Deputat “Qarabağ” futbolçularının nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirərək bildirib:

“‘Qarabağ’lılar möhtəşəm oyun nümayiş etdirdilər. Daşıdıqları ada layiq bir oyun! Qarabağ – Qələbə deməkdir.”

Millət vəkili əlavə edib ki, Azərbaycan hər zaman qələbə ruhunu qoruyur:

“Hər yerdə və hər zaman qələbə – döyüşdə də, oyunda da qələbə. Afərin, igidlər! Sizə yalnız qələbə yaraşır.”

Cavanşir Feyziyev “Qarabağ” klubuna növbəti oyunlarda da uğurlar arzulayaraq, bu qələbənin Azərbaycan futbolunun beynəlxalq arenadakı mövqeyini daha da gücləndirdiyini vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki