Vətəninfo.az xəbər verir ki, Madridin “Atletiko”sunun argentinalı baş məşqçisi Dieqo Simeone Milanın “İnter”i ilə qarşıdurma haqda danışıb. Komandalar Çempionlar Liqasının 1/8 finalında üz-üzə gələcək.
“Hazırda “İnter” Avropanın dörd-beş ən yaxşı komandasından biridir. Onlar çempionatda əla çıxış edirlər və Çempionlar Liqasının finalına yüksələn keçən mövsümdən daha inamlı görünürlər.
Qarşıdakı oyunda çoxlu fərdi qarşıdurmalar olacaq. Komanda həmin fərdi döyüşdə nə qədər çox qalib gəlsə, qələbəyə bir o qədər yaxın olacaq.
Qarşıdakı matçda İspaniya kuboku və Superkubok matçlarına bənzər döyüş gözləyirəm”, – AS Simeonenin sözlərindən sitat gətirir.
“İnter” – “Atletiko” matçı fevralın 20-də Milanda keçiriləcək.