Milli komandamızın hücumçusu Mahir Emrelinin transfer qiyməti məlum olub.
Vətəninfo.az xəbər verir ki, forvardın çıxış etdiyi “Dinamo” Zaqreb ona 1 milyon avro qiymət qoyub.
Mahirin artıq qış fasiləsində transferi gündəmdə olsa da, onun zədələnməsi keçidi yay transfer pəncərəsinə qədər təxirə salıb.
Qeyd edək ki, 26 yaşlı Mahirin Zaqreb təmsilçisi ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.