Basketbol üzrə Avroliqa turnirinin İcraiyyə Komitəsi Əbu-Dabidən sərfəli təklif alıb.
Vətəninfo.az xəbər verir ki, Dubayın liqaya daxil edilməsini müzakirə etmək üçün toplaşan komitəyə Birləşmiş Ərəb Əmirliklərinin layihəsi təqdim edilib.
Layihənin məğzi 3 dəfə ardıcıl olaraq “Dördlər finalı”nın keçirilməsidir. BƏƏ-nin paytaxtında 2020-ci ildə tikilən “Etihad” arenası yarışı qəbul etmək istəyir. Bunun üçün onlar 75 milyon dollar ödəməyə hazırdırlar.
Əbu-Dabi artıq gələn il “Dördlər finalı”nı qəbul etməyə hazır olduğunu bildirib. Məlumata görə, təklif Avroliqa iştirakçılarının xoşuna gəlib. Böyük ehtimalla bu təklif qəbul ediləcək. Belə olan halda Dubay komandasının liqaya daxil edilməsinin müzakirəsi bir qədər ertələnəcək.