Futbol üzrə Norveç milli komandasının və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haaland “Real Madrid”lə maraqlanır.
Vətəninfo.az xəbər verir ki , bu barədə İngiltərə KİV-i yazır. “Vətəndaşlar”ın hücumçusu Haaland keçmiş komanda yoldaşı, “kral klubu”nun hazırkı hücumçusu Cud Bellinqemdən “Real”la maraqlanıb.
Daha əvvəl bildirilmişdi ki, “Mançester Siti” Real Madridin məqbul transfer məbləği hesab etdiyi Haalanı 100 milyon avroya buraxa bilər. Lakin dövri mətbuatda yazılanlara görə, norveçli futbolçunu almaq üçün “Real”dan daha çox pul tələb olunacaq. Haalandın Real Madridə keçidi yalnız Kilian Mbappenin transferi məsələsinə nəhayət aydınlıq gələndən sonra mümkün olacaq.
Cari mövsümdə Haaland “Mançester Siti”nin heyətində 15 oyunda iştirak edib və 14 qol vurub.