Yunanıstanın “Panatinaikos” klubu türkiyəli baş məşqçi Fatih Terimlə yollarını ayırıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Tərəflərin müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdiyi bildirilib.
Qeyd edək ki, F.Terim ötən ilin dekabrında “Panatinaikos”un baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda hazırda ölkə çempionatında 71 xalla 4-cü pillədə qərarlaşıb və çempionluq şansını itirib. Ancaq komanda ölkə kubokunun finalına yüksəlib. “Panatinaikos” mayın 25-də finalda “Aris”lə qarşılaşacaq.