“Maynts” futbolçusu Ənvər El Qazi ilə bağlı yekun qərarını verib.
Vətəninfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bundesliqa təmsilçisi 28 yaşlı vingerlə yollarını ayırıb. Onun müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Ənvər Fələstinə dəstək paylaşımı etdiyi üçün heyətdən kənarlaşdırılmış, lakin daha sonra əfv edilmişdi.