Türkiyə Super Liqasında 3-cü turdan təxirə salınmış daha bir oyun keçirildi.
Vətəninfo.az xəbər verir ki, lider “Fənərbağça” “Başakşəhər”i qəbul etdi.
İtkisiz irəliləyən “Fənərbağça” bu oyunda da qalib gəlməklə zirvədəki mövqeyini qorudu. Hazırda 18 xala malik bu komanda vahid liderdir. 16 xala malik “Qalatasaray” ikincidir. “Adana Dəmirspor” və “Rizəspor”un 11, “Hatayspor” və “Beşiktaş”ın 10 xalı var.
Türkiyə Super Liqası
3-cü turun oyunları
28 sentyabr
Fənərbağça – Başakşəhər 4:0
Qollar Djiku, 5. Duarte, 10-öz qapısına. Şimanski, 20; 80.