image-3backend

FİFA bəyanat yaydı, onu məhkəmə ilə hədələyən quruma cavab verdi

image-reklam_sirab_01

FİFA bəyanat yayaraq Avropa futbol liqalarının ittihamlarına cavab verib.

Vətəninfo.az xəbər verir ki, mətbuat xidməti təqvimin həddən artıq yüklənməsi ilə bağlı iddialara münasibət bildirib:

“Mövcud təqvim FİFPRO və liqaları əhatə edən geniş məsləhətləşmələrdən sonra bütün qitələrdən, o cümlədən Avropadan olan nümayəndələrin daxil olduğu FİFA Şurası tərəfindən yekdilliklə təsdiq edilib. FIFA Təqvimi beynəlxalq futbolun yerli və kontinental klub futbolu ilə yanaşı yaşaya bilməsini, birgə mövcudluğunu və inkişafını təmin edən yeganə vasitədir.

Özləri yarışları təşkil edən və tənzimləyən bəzi Avropa liqaları kommersiya maraqlarından, ikiüzlülükdən və dünyada hər kəsə etinasızlıqdan çıxış edirlər. Bu liqalar yoldaşlıq görüşləri və yay turları ilə dolu bir təqvimə üstünlük verir, tez-tez dünya üzrə geniş səyahətləri əhatə edir.

Bunun əksinə olaraq, FİFA hər yerdə və oyunun bütün səviyyələrində dünya futbolunun ümumi maraqlarını, o cümlədən oyunçuların müdafiəsini qorumalıdır”.

Qeyd edək ki, Avropa futbol liqaları matç cədvəlinə görə FİFA-nı məhkəməyə verəcəyini bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image