FIFA Səudiyyə Ərəbistanının dövlət şirkəti olan “Aramko” ilə sponsorluq müqaviləsi bağlayacaq.
Şərtlərə görə şirkət ildə dünya futbol qurumuna 100 milyon dollar vəsait köçürəcək.
Bu FİFA-nın tarixində ən bahalı sponsorluq müqaviləsidir.
Xatırladaq ki, bu yaxınlarda Səudiyyə Ərəbistanı yeganə namizəd kimi 2034-cü il dünya çempionatının təşkilatçılıq hüququna yiyələnib.
Çox güman ki, dünya futbol qurumunun mundialı ərəb ölkəsinə verməklə əsas tələblərindən biri də sponsorluq müqaviləsi ilə bağlı olub.