image-reklam-veteninfo
image-1backend

FİFA prezidentliyinə 5 əsas namizəd

image-reklam-veteninfo

İspaniyanın “Marca” qəzeti Canni İnfantinonun yerinə Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (FİFA) prezidenti vəzifəsinə namizədlərin siyahısını açıqlayıb. Namizədlər arasında aşağıdakılar var:

Fransa çempionu və Çempionlar Liqasının qalibi PSJ-nin və Avropa Futbol Klubları Şurasının (EFC) prezidenti Nasser Əl-Xelayfi:

FİFA-nın vitse-prezidenti və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasının (KONKAKAF) prezidenti Viktor Montalyani,

UEFA prezidenti Aleksander Çeferin,

Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifə

Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe.

Qeyd olunur ki, Montalyan ən məntiqli seçimdir, çünki o, FIFA Şurasının vitse-prezidentidir və təşkilatın daxili işləri barədə yaxşı məlumatlıdır.

Namizədliklərin təqdim edilməsi üçün son tarix 18 noyabr 2026-cı ildir. Namizədi yalnız milli futbol assosiasiyası irəli sürə bilər. Namizəd ən azı beş milli federasiyanın dəstəyinə malik olmalıdır. FIFA prezident seçkiləri 18 mart 2027-ci ildə Mərakeşin Rabat şəhərində keçirilməsi planlaşdırılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki