Nüfuzlu “FourFourTwo” nəşri futbolda ən çox nifrət edilən simaların reytinqini dərc edib.
Vətəninfo.az xəbər verir ki, “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Coy Barton siyahıya başçılıq edir. Məqalədə onun həm meydanda, həm də meydandan kənarda çoxsaylı zorakılıq hərəkətləri etdiyi bildirilir.
İkinci yerdə FİFA-nın keçmiş prezidenti Yozef Blatterdir. Onun rəhbərliyi altında təşkilatda ən böyük korrupsiya qalmaqalı baş verib.
İlk üçlüyü Almaniya millisinin sabiq qapıçısı Harald Şumaxer tamamlayıb.
Qeyd edək ki, “ilk 10-luq”da həmçinin “Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldo (7), “İnter Mayami”nin hücumçusu Luis Suares (8) və “Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo (10) da yer alıb.
“FourFourTwo”-ya görə futbolda ən çox nifrət edilən 10 insan
1. Coy Barton (sabiq futbolçu)
2. Yozef Blatter (sabiq FİFA prezidenti)
3. Harald Şumaxer (sabiq qapıçı)
4. Mişel Platini (sabiq UEFA prezidenti)
5. El Hacı Diuf (sabiq futbolçu)
6. Con Terri (sabiq futbolçu)
7. Cristiano Ronaldo (“Əl-Nəsr”in futbolçusu)
8. Luis Suarez (“İnter Mayami”nin futbolçusu)
9. Pit Vinkelman (“MK Dons” klubunun prezidenti)
10. Joze Mourinyo (məşqçi)
Publika.az