image-1backend

Hindistanın Baş naziri 40 ildən sonra ilk dəfə Rusiyaya gəlir

image-reklam_sirab_01

Modi Putinlə ikitərəfli əməkdaşlığın bütün aspektlərini və “müxtəlif regional və qlobal məsələləri” müzakirə etmək istəyir”, – deyə Hindistanın Baş nazir bildirib. Görüşün mövzusu pul köçürmələri, ticarət, müdafiə və nüvə enerjisi məsələləri olacaq.

Hindistanın Baş naziri Narendra Modi Moskvaya uçmazdan əvvəl iyulun 8-9-da Rusiyaya səfəri zamanı “müxtəlif regional və qlobal problemləri” müzakirə etmək istədiyini bildirib.

“Mən dostum Prezident Vladimir Putinlə ikitərəfli əməkdaşlığın bütün aspektlərini nəzərdən keçirmək fürsətini səbirsizliklə gözləyirəm”, – baş nazir öz internet səhifəsində bildirib. Modi son 10 ildə Hindistan və Rusiya arasında imtiyazlı strateji tərəfdaşlığın, o cümlədən enerji, təhlükəsizlik, ticarət və investisiya sahələrində inkişaf etdiyini qeyd edib.

Səfər zamanı Modi Rusiyadakı hind icmasının nümayəndələri ilə görüşəcək. Modi daha sonra Avstriyaya gedəcək, bu, Hindistanın Baş nazirinin 40 ildən çox müddətdə bu ölkəyə ilk səfəridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki