image-reklam-veteninfo
image-1backend

İtaliyalı məşqçilər İsrailin beynəlxalq futbol turnirlərindən uzaqlaşdırılmasını tələb edib

image-reklam-veteninfo

İtaliyanın ANSA xəbər agentliyi məlumat verir ki, ölkənin futbol məşqçiləri İsrailin beynəlxalq turnirlərdən kənarlaşdırılması çağırışı ilə çıxış ediblər.

İtaliya Məşqçilər Assosiasiya (AIAC) avqustun 19-da İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriyele Qravinaya müraciət məktubu göndərərək, UEFA və FIFA-ya İsrailin beynəlxalq yarışlardan müvəqqəti uzaqlaşdırılması üçün təklif təqdim olunmasını tələb edib.

Qeyd edək ki, sentyabr–oktyabr aylarında İtaliya millisi Dünya çempionatının seçmə mərhələsində İsraillə qarşılaşacaq.

Renzo Ulivyerinin rəhbərlik etdiyi İtaliya Məşqçilər Assosiasiya bu təşəbbüsü təkcə simvolik bir addım deyil, həm də zəruri bir seçim adlandıraraq, bunun bütün rəhbərlik heyəti tərəfindən dəstəklənən əxlaqi məcburiyyət olduğunu vurğulayıb.

Məsələ ilə bağlı R.Ulivyeri deyib: “İdmanı yaşadan insanlıq dəyərləri, dəhşətli nəticələrə səbəb olan təzyiq və zülm hərəkətlərinə qarşı çıxmağı bizə zəruri edir.”

Xəbər verildiyi kimi, İsrail 2023-cü ilin oktyabrından bəri Qəzzada 62 mindən çox fələstinlini qətlə yetirib. Davam edən müharibə bölgəni viran qoyub, aclıq isə ölüm halları ilə nəticələnib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki