Vətəninfo.az xəbər verir ki, “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 28-ci turunun ev oyununda “Mançester Siti” ilə 1:1 hesablı heç-heçənin nəticəsini şərh edib.
“Həqiqətən, yaxşı futbol matçı oldu. İkinci hissədə “Mançester Siti”yə qarşı ən yaxşı oyunumuzu göstərdik.
Onlara qarşı heç vaxt bu qədər üstünlüyə malik olmamışdıq, heç vaxt belə düzgün qərarlar verməmişdik. Bu, qeyri-adi və inanılmaz oyun idi.
Oyunumuzdan həqiqətən razıyam. Bu, gözəl atmosfer, gözəl gün idi”, – “Sky Sports” Jurgen Kloppun sözlərindən sitat gətirib.
“Liverpul” 64 xalla ikinci, “Mançester Siti” 63 xalla üçüncüdür. Lider 64 xalla London “Arsenal”ıdır.