Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze Tbilisinin “Dinamo” futbol klubunun alınmasında maraqlıdır. Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Qeyd olunur ki, klub bütövlükdə, o cümlədən komandanın məşq keçirdiyi idman bazası, həmçinin “Dinamo” brendi və akademiya satılır.
“Dinamo”nun prezidenti Roman Papia bu məlumatı rəsmən təsdiqləyib. O, artıq klubun maliyyə ehtiyaclarını təkbaşına qarşılaya bilməyəcəyini və yüz illik klubun səhmlərinin 50 faizini klubu onunla saxlamağa razılaşacaq iş adamına verməyə hazır olduğunu bildirib. O, həmçinin iki gürcü iş adamının klubu almaq istəyini bildirdiyini, lakin razılığa gəlmək mümkün olmadığını bildirib. Xarici iş adamları ilə də danışıqlar aparılır.
Qeyd edək ki, Kaladzern Tiflis “Dinamo”su ilə iki il əvvəl, klubun səhmlərinin bir hissəsinin satıla biləcəyi ilə bağlı ilk xəbərlər yayılanda maraq göstərmişdi.